Benim Sitem

Ana Sayfa

Namiq Seyfulla oğlu Musalı

17 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-2001-ci illərdə BDU-nun tarix fakültəsinin bakalavr və magistratura pillələrində təhsil almış, magistraturanı qırmızı diplomla bitirmişdir. 2001-ci ildə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına daxil olmuş, 2006-cı ildə AMEA-nın müxbir üzvü O.Ə.Əfəndiyevin elmi rəhbərliyi ilə “Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə (“Aləmarayi-Şah İsmayıl” əsəri əsasında)” adlı dissertasiya işini müdafiə etmişdir. 2007-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə isə dosent elmi adı almışdır. 2001-2010-cu illərdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şəbəsində çalışmışdır. 2010-2014-cü illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsində fəaliyətini davam etdirmişdir. Eyni zamanda 2012-2014-cü illərdə Xəzər Universitetində “Azərbaycan tarixi” fənnini tədris etmişdir. Hal-hazırda Türkiyə Respublikası Kastamonu Universitetinin tarix bölümündə dosent olaraq çalışır. Elmi əsərləri respublikamızda və bir sıra xarici ölkələrdə (Türkiyə, Gürcüstan, Rusiya, Almaniya) işıq üzü görmüşdür. İndiyə kimi 4 kitabı və 80-ə qədər məqaləsi, məruzəsi və tezisi çap edilmişdir. 30-dan artıq beynəlxalq elmi konfransın iştirakçısıdır. Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Rusiyada, Almaniyada, Avstriyada, Fransada və İsveçrədə keçirilmiş beynəlxalq elmi toplantılarda məruzələrlə çıxış etmiş, İranda elmi araşdırmalar aparmışdır. Türk, rus, fars və ingilis dillərini bilir. Ailəlidir, iki oğlu var.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol